13:22 10-09-2021
news_image
160
FUTBOL

“Ronaldo bu cəhətdən zəifdir” – keçmiş komanda yoldaşı

“Yuventus”un sabiq futbolçusu Sami Xedira Turin klubunun hazırkı durumuna münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi keçmiş komanda yoldaşı Kriştianu Ronaldonun Turin klubundan ayrılmasını dəyərləndirib.

Almaniya millisinin sabiq üzvü bu gedişin “qoca sinyora”nı zəiflətməyəcəyini düşünür: “Alleqri güclü məşqçidir, mütləq komandanın etibarını və əvvəlki uğurunu qaytaracaq. Ronaldonun gedişinin hər hansı bir təsirinin olacağına inanmıram. Kriştianu ən yaxşıdır, ancaq müdafiədə zəifdir”.

Qeyd edək ki, son iş yeri “Herta” olan Sami Xedira hazırda klubsuzdur.