13:38 10-09-2021
news_image
87
FUTBOL

16 yaşlı futbolçunu transfer etdi - “Bavariya”

Almaniyanın “Bavariya” klubu yeni futbolçu transfer edib.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi xorvatiyalı yarımmüdafiəçi Lovro Zvonareklə müqavilə bağlayıb.

“Slaven”də çıxış edən 16 yaşlı gəncin anlaşması gələn ilin yayında qüvvəyə minəcək. Futbolçu həmin vaxt Bundesliqa klubuna qoşulacaq. Lovro bu müddətdə “Slaven”də forma geyinəcək. 

Qeyd edək ki, Zvonarek cari mövsümdə 5 oyun keçirib.