14:01 10-09-2021
news_image
263
FUTBOL

Autsayderlər evdə, favoritlər derbidə - Premyer Liqada

Sabah Azərbaycan Premyer Liqasında yaranan fasilə başa çatacaq.

Apasport.az saytının məlumatına görə, milli komandaların oyunlarından sonra III turun matçları baş tutacaq.

Turun bütün qarşılaşmaları Bakıda keçiriləcək. İlk oyun günündə autsayderlər ev oyununa çıxacaq.

İlk görüşdə “Sabah” “Qəbələ”ni qəbul edəcək. Çempionatın autsayderi olan paytaxt təmsilçisi ilk xal üçün mübarizə aparacaq. Əyalət klubu isə liderlər qrupundakı mövqeyini qorumaq üçün Bakıdan məğlubiyyətsiz dönməlidir.

İlk xal üçün meydana çıxacaq “Keşlə” isə “Zirə” ilə görüşəcək. Bu, qonaqların mövsümdə ilk səfər matçı olacaq.

İkinci oyun gününə liderin matçı ilə start veriləcək. Startda quru hesablı qələbələri sıralayan “Sumqayıt” paytaxt səfərində “Səbail”i üstələməyə çalışacaq.

Tura dövrənin mərkəzi oyunu ilə yekun vurulacaq. Azərbaycan derbisində son çempion “Neftçi” vitse-çempion “Qarabağ”ı sınağa çəkəcək. Çempionatın favoritləri mövsümdə ilk dəfə üz-üzə gələcək. Hərəyə 4 xala malik komandalar turu itkisiz keçməyə çalışacaq.

Qeyd edək ki, növbəti turun oyunları sentyabrın 18-20-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
III tur
11 sentyabr (şənbə)
18:00. “Sabah” – “Qəbələ”

Baş hakim: Rauf Cabarov
“Bank Respublika Arena”

20:15. “Keşlə” –“Zirə”
Baş hakim: Əliyar Ağayev
“ASK Arena”

12 sentyabr (bazar)
18:00. “Səbail” – “Sumqayıt”

“ASCO Arena”

20:30. “Neftçi” – “Qarabağ”
“Bakcell Arena”

1

Sumqayıt

2

2

0

0

4-0

6

2

Qarabağ

2

1

1

0

4-1

4

3

Qəbələ

2

1

1

0

4-3

4

4

Neftçi

2

1

1

0

4-3

4

5

Səbail

2

1

0

1

1-3

3

6

Zirə

2

0

1

1

2-3

1

7

Keşlə

2

0

0

2

1-4

0

8

Sabah

2

0

0

2

0-3

0

Bombardirlər: Rəhim Sadıxov ("Sumqayıt"), Fəhmin Muradbəyli ("Neftçi"), Musa Qurbanlı ("Qarabağ") - 2 qol.