14:08 10-09-2021
news_image
89
FUTBOL

Ayın futbolçusu açıqlandı - İngiltərədə

İngiltərə Premyer Liqasında avqustun ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Vest Hem”in futbolçusu Maykl Antonio bu ada layiq görülüb.

Yamaykalı futbolçu bu mükafat uğrunda mübarizədə Markos Alonso (“Çelsi”), Said Benrama (“Vest Hem”), Erik Dayer (“Tottenhem”), Demaray Qrey (“Everton”) və Meyson Qrinvudu (“Mançester Yunayted”) üstələyib.

Qeyd edək ki, “Vest Hem” İngiltərə Premyer Liqasının ilk 3 turunda 7 xal toplayıb.