15:06 10-09-2021
news_image
68
FUTBOL

Yeni vitse-prezident təyin olundu - "Sumqayıt"a

"Sumqayıt"ın yeni vitse-prezidenti təyin olunub.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 48 yaşlı Aydın Xəlilov adıçəkilən vəzifəni icra edəcək.

Xəlilov 10 avqust 1973-cü ildə anadan olub. Sumqayıt Dövlət Universitetinin məzunu olan yeni vitse-prezident həm də “Azərikimya” İB-nin Həmkarlar İttifaqının sədridir. Ailəlidir, 2 övladı var.