15:15 10-09-2021
news_image
108
FUTBOL

Ən yaxşı baş məşqçisi – Premyer Liqanın

İngiltərə Premyer Liqasında avqustun ən yaxşı baş məşqçisi bəlli olub.

Apasport.az saytının məlumatına görə, bu ada “Tottenhem”in yeni çalışdırıcısı Nuno Eşpirito Santo layiq görülüb.

Onun komandası ötən ay keçirdiyi 3 oyunun hər birində 1:0 hesablı qələbə qazanıb. Portuqaliyalı mütəxəssis həmkarları Rafael Benites (“Everton”), David Moyes (“Vest Hem”) və Tomas Tuxeli (“Çelsi”) qabaqlayıb.

Qeyd edək ki, “Tottenhem” Premyer Liqanın ilk 3 turundan sonra xal itirməyən yeganə klubdur.