19:07 10-09-2021
news_image

Cüdo yığmamız ikinci yeri tutdu - I MDB Oyunlarında

Cüdo üzrə Azərbaycan yığması Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında komanda yarışında ikinci yeri tutub.

Apasport.az saytının məlumatına görə, millimiz iki rəqibini məğlub etsə də, bu uğuru finalda təkrarlaya bilməyib. 

1/4 finalda Qırğızıstana, yarımfinalda Qazaxıstana qalib gələn komandamız finalda Özbəkistana uduzaraq gümüş medal qazanıb.

Qeyd edək ki, dünən fərdi yarışlarda cüdo yığmamız 2 qızıl, 1 gümüş, 4 bürünc medal qazanıb.