15:31 10-09-2021
news_image
230
FUTBOL

Türkiyə millisindən istefa verdi - Şenol Günəş

Türkiyə millisinin baş məşqçisi Şenol Günəşin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis vəzifəsindən ayrılıb.

Türkiyə Futbol Federasiyası rəsmi saytı vasitəsilə müqavilənin qarşılıqlı razılıqla ləğv edildiyini açıqlayıb.

Qeyd edək ki, Şenol Günəş 2019-cu ildən Türkiyə millisini çalışdırıb. Onun rəhbərliyi altında komanda 32 oyun keçirib, 15 qələbə, 10 heç-heçə, 7 məğlubiyyətlə yadda qalıb.