16:00 10-09-2021
news_image

Təlim-məşq toplanışını davam etdirir - millimiz

Gənc taekvondoçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını davam etdirir.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

Avropa birinciliyinə hazırlıq məqsədilə keçiriləcək məşqlər iki hissədən ibarət olacaq. Sentyabrın 6-da başlanan hazırlığın ilkin mərhələsi ayın 16-dək olacaq.

Sentyabrın 20-də isə toplanışın ikinci hissəsi davam edəcək.