17:18 10-09-2021
news_image
128
FUTBOL

Sabah meydana çıxacaq - Ronaldo

“Ronaldo bizimlə əla həftə keçirdi”.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ole-Qunnar Sulşer deyib.

Norveçli mütəxəssis yeni transfer Kriştiano Ronaldonun “Nyukasl”la sabahkı görüşdə meydana çıxmaq perspektivinə aydınlıq gətirib: “O, sabahkı oyunda dəqiq meydana çıxacaq. Hamı onun qayıdışına şaddır. Komandada əhval-ruhiyyə əla səviyyədədir. Biz matçı səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, 2003-09-cu illərdə də “Mançester Yunayrted”də oynayan Ronaldo 12 ildən sonra Premyer Liqa klubuna qayıdıb.