17:59 10-09-2021
news_image
244
FUTBOL

“Hər şey pula görədir” – Klopp mundialın 2 ildən bir keçirilməsinin səbəbini açıqladı

“Dünyada belə amansız təqvimə malik ikinci idman növü yoxdur”. 

Apasport.az saytının məlumatına görə, bunu “Liverpul”un baş məşqçisi Yurgen Klopp deyib.

Həmişə təqvimin sıxlığından şikayətlənən mütəxəssis FİFA-nın dünya çempionatlarını 4 deyil, 2 ildən bir keçirməsi barədə ideyasına sərt münasibət bildirib.

O, oyun sayının artırılmasının pula xidmət etdiyini də açıqlamaqdan çəkinməyib: “Atletika, marafon kimi daha çətin idman növləri var. Amma onlar il ərzində 20-30, ya 40 dəfə qaçmır. Hamımız bilirik ki, bu, niyə baş verir. İnsanlar müxtəlif ölkələrə imkanların yaradılması barədə nə desələr də, nəticədə hər şey pula görədir. Bu normaldır. Amma kimsə başa düşməlidir ki, bu gözəl oyunun ən vacib parçası olan futbolçularsız oynaya bilmərik. Oyunçulardan vacib olan kimsə yoxdur. Son illər edilən hər addım oyun sayını artırmaqla bağlı olub. Gələcək baxımından bu addım düzgün deyil. Elə an gəlməlidir ki, bütün federasiyalar bir yerdə oturacaq və təkcə öz qazancları deyil, oyun barədə düşünəcək. Artıq 54 yaşım var. Bunun baş verəcəyi ana qədər yaşayacağıma əmin deyiləm”.