10:01 11-09-2021
news_image
149
FUTBOL

“Azərbaycanda heç kimin sizə borcu qalmır” – "Qəbələ"nin sabiq futbolçusu

“Avropaya getməzdən əvvəl Nigeriyada “KOD Yunayted”də oynadım. Bu liqanın aşağı standartlara malik olduğunu deməliyəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin sabiq futbolçusu Ceyms Adeniyi deyib.

Yay fasiləsində Azərbaycan klubundan İsrail təmsilçisi Petah Tikva “Makkabi”sinə keçən nigeriyalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında karyerası ərzində oynadığı yerlər barədə təəssüratlarını bölüşüb. Adeniyi Azərbaycan Premyer Liqası ilə Nigeriya çempionatını da müqayisə edib: “Nigeriyadan Albaniyaya getmək mənim üçün çox vacib idi. Sonra oradan da Azərbaycana köçdüm. Azərbaycan çempionatı Nigeriya NPFL-indən daha yaxşı təşkilatlanıb və orada heç kimin sizə borcu qalmır”.

Qeyd edək ki, Ceyms Adeniyi ötən mövsüm Premyer Liqada 23 oyun keçirib, 4 qola imza atıb.