10:12 11-09-2021
news_image
194
FUTBOL

Karyerasnı bitirdi – Azərbaycan kubokunun qalibi

Azərbaycanda “Bakı” klubunun formasını geyinmiş Allan Vanqa peşəkar karyerasını başa vurub.

Apasport.az saytı xəbər verir ki, bunu keniyalı hücumçu özü açıqlayıb.

Son klubu “Kakameqa Homeboyz”dan ayrılan 36 yaşlı forvard 14 illik karyerasını bitirmək qərarına gəldiyini söyləyib. “Tusker”in yetirməsi bir neçə klubda çıxış etsə də, Avropadakı yeganə komandası “Bakı” olub.

Qeyd edək ki, 2009/10 mövsümündə “Bakı”nın heyətində Premyer Liqada 6 oyun keçirən Allan Vanqa paytaxt təmsilçisi ilə Azərbaycan kubokunu qazanıb.