10:37 11-09-2021
news_image
113
FUTBOL

“Barselona”nın hədəfində - Lodi

İspaniyanın “Barselona” klubu heyətinə yeni müdafiəçi qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, “Atletiko”nun futbolçusu Renan Lodi Kataloniya klubunun maraq dairəsinə düşüb.

Barselonalılar 23 yaşlı braziliyalıya sol cinah müdafiəçisi Jordi Albanın əvəzləyicisi gözü ilə baxır. O, ötən mövsümdə 33 matçda 1 qol vurub.

Qeyd edək ki, Lodinin transfer qiyməti 25 milyon avrodur.