11:00 11-09-2021
news_image
98
FUTBOL

Premyer Liqa klublarının cəzasını ləğv etdi - FİFA

İngiltərə Premyer Liqasında çıxış edən braziliyalı futbolçular qarşıdakı çempionat oyunlarında meydana çıxa bilər.

Apasport.az saytının məlumatına görə, FİFA beş klubun 8 oyunçusuna qoyduğu qadağanı götürüb.

Həmin futbolçulara verilən 5 günlük cəza ləğv edilib. Buna Braziliya, Çili, Meksika və Paraqvay futbol federasiyalarının şikayətlərini geri götürməsi səbəb olub.

Qeyd edək ki, FİFA oyunçularını yığmaya göndərməkdən imtina edən “Mançester Yunayted”, “Mançester Siti”, “Çelsi”, “Liverpul” və “Lids”in braziliyalı futbolçularının qarşıdakı 5 gündə meydana çıxmasına qadağa qoymuşdu.