11:17 12-09-2021
news_image
107
FUTBOL

Yığmalarda ən çox qol vuran futbolçular – Cənubi Amerikada

Cənubi Amerika yığmalarında ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bir neçə gün əvvəl DÇ-2022-nin seçmə mərhələsində Boliviya ilə matçda het-trik edən Argentina millisinin kapitanı Lionel Messi bu baxımdan rekordu ələ keçirib.

Maraqlıdır ki, PSJ-nin superulduzu 7 nəfərlik siyahıda yer alan yeganə argentinalıdır. Əvəzində Braziliya yığmasının 4 əfsanəvi hücumçusu “7-lik”də özünə yer edə bilib. Karyerasını davam etdirənlər arasında Messi ilə yanaşı, Neymar, Luis Suares və Edinson Kavaninin də qol sayını artırmaq şansı var.

1. Lionel Messi (Argentina) - 79 qol
2. Pele (Braziliya) - 77
3. Neymar (Braziliya) - 69
4. Luis Suares (Uruqvay) - 64
5. Ronaldo (Braziliya) - 62
6. Romario (Braziliya) - 55
7. Edinson Kavani (Uruqvay) - 53