16:44 11-09-2021
news_image
68
FUTBOL

Transferlərə ən çox pul xərclənən 10 liqa - yay fasiləsində

2021/22 yay transfer dönəmində oyunçu keçidlərinə çox çox pul xərclənən çempionatlar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 10 liqanın yer aldığı siyahıya İngiltərə Premyer Liqası başçılıq edir.

Yay fasiləsində İngiltərə klubları transferlərə ümumilikdə 1 milyard 350 milyon avro xərc çəkiblər. Maraqlıdır ki, “Dumanlı Albion” ən yaxın izləyicisi olan İtaliya A seriyasını iki dəfədən də artıq rəqəmlə qabaqlayır. İlk “üçlüy”ü isə Almaniya Bundesliqası qapayır.

1. İngiltərə Premyer Liqası – 1 milyard 350 milyon avro
2. İtaliya A seriyası – 571,04 milyon avro
3. Almaniya Bundesliqası – 419,92 milyon
4. Fransa Liqa1-i – 400,22 milyon
5. İspaniya La Liqası - 303 milyon
6. Rusiya Premyer Liqası – 124,08 milyon
7. Belçika Yupilyer Pro Liqası – 114,6 milyon
8. Portuqaliya Primeyra Liqası – 78,17 milyon
9. Türkiyə Super Liqası – 70,12 milyon
10. Ukrayna Premyer Liqası – 56,02 milyon