13:17 12-09-2021
news_image
192
FUTBOL

Bir transfer dönəmində iki dəfə klub dəyişən – Bəhlul Mustafazadə kimi

Dünya futbolunda az sayda futbolçu karyerasını yalnız bir kluba həsr edir.

Apasport.az saytının məlumatına görə, elə oyunçular da var ki, bir transfer dönəmində hətta iki dəfə klub dəyişirlər.

Azərbaycanda da bu tip hala tez-tez rast gəlmək mümkündür. Elə bu yay “Sabah”dan BƏƏ klubuna keçən millimizin müdafiəçisi Bəhlul Mustafazadə orada heç təqdim olunmamış “Qarabağ”ın yolunu tutub.

Bu yazıda dünya futbolunda bir transfer dönəmində 2 dəfə klub dəyişən 10 futbolçuya nəzər yetirəcəyik.

Stiven Koulker (2021)
“Alanyaspor”dan “Fənərbaxça”ya; “Fənərbaxça”dan “Qaziantep”ə

Emerson Royal (2021)
“Betis”dən “Barselona”ya; “Barselona”dan “Tottenhem”ə

Marc Kukurella (2019)
“Barselona”dan “Eybar”a; “Eybar”dan “Barselona”ya

Benik Afobe (2018)
“Bornmut”dan “Vulverhempton”a; “Vulverhempton”dan “Stok Siti”yə

Martin Demişelis (2013)
“Malaqa”dan “Atletiko”ya; “Atletiko”dan “Mançester Siti”yə

Emmanuel Emenike (2011)
“Karabükspor”dan “Fənərbaxça”ya; “Fənərbaxça”dan Moskva “Spartak”ına

Julio Alves (2011)
“Rio Ave”dən “Atletiko”ya; “Atletiko”dan “Beşiktaş”a

Bebe (2010)
“Eştrela”dan “Gimaraeş”ə; “Gimaraeş”dən “Mançester Yunayted”ə

Ditmar Hamann (2006)
“Liverpul”dan “Bolton”a; “Bolton”dan “Mançester Siti”yə

Devid Ansuort (1998)
“Everton”dan “Aston Villa”ya; “Aston Villa”dan “Everton”a