13:17 11-09-2021
news_image
85
FUTBOL

“O, başqa səviyyə idi” - Keynlə Anrinin müqayisəsi

“Kristal Pelas”ın baş məşqçisi Patrik Vieyra “Tottenhem”in hücumçusu Harri Keyn barədə müsbət fikirlər səsləndirib.

Apasport.az saytının məlumatına görə, “Arsenal”ın əfsanəvi futbolçusu ingiltərəli forvardı keçmiş komanda yoldaşları Yan Rayt və Tyerri Anri ilə müqayisə edib.

Fransalı mütəxəssis həmyerlisini hamısından üstün tutub: “Düşünürəm ki, Harri Keyn və Yan Rayt fərqli oyunçulardır. Rayt cərimə meydanı daxilində hücumu tamamlayır, Keyn isə hər yerdən qol vura bilir və komanda yoldaşlarının fərqlənməsinə şərait yaradır. O, müasir 9 nömrənin uğurlu nümunəsidir, meydanda mövqeyini dəyişə bilir. Ancaq Tyerri Anri başqa səviyyə idi. Keyn inanılmaz hücumçu olsa da, Anri ondan üstün olub”.

Qeyd edək ki, 1996-2005-ci illərdə “Arsenal”da çıxış etmiş Patrik Vieyra bu ildən “Kristal Pelas”ı çalışdırır.