15:19 11-09-2021
news_image
118
FUTBOL

Fikrindən döndü - Rudiger

Almaniya millisinin futbolçusu Antonio Rudiger çıxış etdiyi İngiltərə “Çelsi”si ilə danışıqları dayandırıb.

Apasport.az saytının məlumatına görə, müdafiəçi yeni müqavilə bağlamaq barədə fikrindən dönüb.

Bəzi klublardan təklif alan Rudiger bir müddət düşünməyə üstünlük verib. Onun London təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Antonio bu anlaşmanı indidən uzatmağa tələsmir.

Qeyd edək ki, müdafiəçinin transfer qiyməti 28 milyon avrodur.