15:51 11-09-2021
news_image
129
FUTBOL

“Bavariya”nın təklifini qəbul etmədi – Premyer Liqanı arzulayır

“Bavariya”nın yarımmüdafiəçisi Kinqsli Koman İngiltərə Premyer Liqasında oynamaq arzusundadır.

Apasport.az saytının məlumatına görə, fransalı futbolçu bu səbəbdən münhenlilərin yeni müqavilə təklifini qəbul etməyib.

Hazırda “Liverpul” və “Mançester Siti” ilə danışıqlar aparan 25 yaşlı hücumameyilli oyunçu bu klublardan biri ilə anlaşmağı planlaşdırır. Almaniya təmsilçisi yeni sözləşməsində maaşının artırılmasını boyun olsa da, Koman “yox” cavabını verib. Hazırda illik maaşı 9 milyon avro olan futbolçu 13 milyonluq təklifi rədd edib.

Qeyd edək ki, Komanın “Bavariya” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.