18:01 11-09-2021
news_image
102
FUTBOL

12 ildən sonra yenidən “Mançester Yunayted” formasında - Ronaldo

“Mançester Yunayted”in yeni transferi Kriştiano Ronaldo dönüşünü qeyd edib.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduz İngiltərə Premyer Liqasının IV turunda buna nail olub.

“Nyukasl”ı qəbul edən “qırmızı şeytanlar”ın start heyətində meydana çıxan 36 yaşlı forvard 12 ildən sonra yenidən “Mançester Yunayted”in formasını geyinib.

Qeyd edək ki, Kriştiano Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunayted”də çıxış edib.