18:47 11-09-2021
news_image
542
DİGƏR NÖVLƏR

Azərbaycan 60 medalla 4-cü yerdə başa vurdu – I MDB Oyunlarını

Azərbaycan yığması Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında çıxışını başa vurub.

Apasport.az saytının məlumatına görə, yarışa 126 idmançı ilə yollanan millimiz 60 medal qazanıb.

Təmsilçilərimiz 15 dəfə çempionluq sevinci yaşayıb. Azərbaycan idmançıları 16 gümüş və 29 bürünc medala da yiyələnib.

Millimiz mükafat sıralamasında 9 ölkə arasında 4-cü olub. Yığmamız Rusiya, Özbəkistan və Qazaxıstandan geri qalıb. Digər iştirakçı ölkələr daha az medal əldə edib. Bunlar Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan və Moldovadır.

Qeyd edək ki, sentyabrın 4-11-də keçirilən yarışda 9 ölkədən 14-23 yaşlı 1139 idmançı mübarizə aparıb. Onlar 16 növ üzrə 182 dəst medal üçün yarışıb.

Azərbaycan yığmasının medalları
Qızıl

Camal Feyziyev – koreş, oğlanlar, mütləq çəki
Rövşən Əliyev – cüdo, oğlanlar, 60 kq
Səbinə Əliyeva – cüdo, qızlar, 52 kq
İnci Əzizova – karate, qızlar, 48 kq
Cavid Həsənov – stend atıcılığı oğlanlar, skit
Nicat Məmmədli – sambo, oğlanlar, 58 kq
Elvin Bağırov – sambo, oğlanlar, 64 kq
Toğrul Salmanov – sambo, oğlanlar, +98 kq
Əşrəf Əşirov – sərbəst güləş, 79 kq
Abubakr Abakarov – sərbəst güləş, 86 kq
Osman Nurmaqomedov – sərbəst güləş, 92 kq
Sərxan Məmmədov – yunan-Roma güləşi, 130 kq
Nihat Quluzadə - yunan-Roma güləşi, 55 kq
Həsrət Cəfərov - yunan-Roma güləşi, 67 kq
Diki Dvi Pangestu – badminton, oğlanlar, fərdi
Gümüş
Rəvan Nitfəliyev, Diki Dvi Panqastu, Muhammed Amri, Aqil Qabilov, Era Mafruxa, Nigar Əliyeva, Mədinə Nağıyeva, Həcər Nuriyeva – badminton, qarışıq komanda
Əlisəftər Məmmədli – koreş, oğlanlar, 85 kq
Rövşən Əliyev, Əhməd Yusifov, Elçin Hüseynov, Murad Fətiyev, Adil Kərimli, Yaşar Nəcəfov, Zelim Tçkayev, Südabə Ağayeva, Səbinə Əliyeva, Ramilə Əliyeva, Nərmin Əmirli, Zeynəb Məmmədova, Şəfəq Həmidova, Diana Şoranova – cüdo, komanda
Əhməd Yusifov – cüdo, oğlanlar, 60 kq
Osman Osmanlı – karate, oğlanlar, 48 kq
Əminağa Quliyev – karate, oğlanlar, 60 kq
Həsənəli Həsənov – karate, oğlanlar, kata
Rəvan Ağazadə - tayboks, oğlanlar, 67 kq
Leyanna Mari Saer – tayboks, qızlar, 51 kq
Rəsul Aydəmirov – sambo, oğlanlar, +98 kq
Aydın Əhmədov – sərbəst güləş, 125 kq
İslam İlyasov – sərbəst güləş, 97 kq
Qurban Qurbanov – yunan-Roma güləşi, 72 kq
Şəhanə Nəzərova – qadın güləşi, 50 kq
Era Mafruxa – badminton, qızlar, fərdi
Diki Pangestu/Məhəmməd Xədafi – badminton, oğlanlar cütlər
Bürünc
Aqil Qabilov/Era Mafruxa – badminton, qarışıq cütlər
Mert İlhan, Cəbrayıl Əkbərov, Ender Poladxanlı, Əkbər Məmmədov – basketbol, 3x3, kişilər
Tağı Nəsibov – boks, oğlanlar, 48 kq
İbrahim Zeynalov – boks, oğlanlar, 50 kq
Aysu İsmayılova – boks, qızlar, 48 kq
Qızbəs İskəndər – boks, qızlar, 57 kq
Emili Rzayeva – boks, qızlar, 63 kq
Elvar Nehmətzadə - koreş, oğlanlar, 60 kq
Camal Feyziyev – cüdo, oğlanlar, +100 kq
Sənubər Nəbiyeva – kəmər güləşi, qızlar, 66 kq
Elçin Hüseynov – cüdo, oğlanlar, 66 kq
Murad Fətiyev – cüdo, oğlanlar, 81 kq
Şəfəq Həmidova – cüdo, qızlar, 48 kq
Sultan Hüseynov – karate, oğlanlar, 60 kq
Nuran Rzazadə - karate, oğlanlar, 67 kq
Abbas Dadaşov – karate, oğlanlar, 84 kq
Ceyhun İsmayılov – karate, oğlanlar, kata
Mədinə Sadıqova – karate, qızlar, 55 kq
Əli Əliyev – tayboks, oğlanlar, 60 kq
Mahir Əsədzadə - tayboks, oğlanlar, 63,5 kq
Adil Adilzadə - sambo, oğlanlar, 88 kq
Vəzir Allahverdiyev, Məhəmməd İbrahim Ansari, Adil Əhədzadə, Emin Məmmədov – stolüstü tennis, oğlanlar, komanda
Ləman Əbdulhəmidova, Aylin Əskərova, Nəzakət Qarayeva, Mərziyyə Nurmətova – stolüstü tennis, qızlar, komanda
Əlabbas Rzazadə - sərbəst güləş, 57 kq
Sabir Cəfərov – sərbəst güləş, 65 kq
Nicat Məmmədli - yunan-Roma güləşi, 60 kq
Laçın Vəliyeva – qadın güləşi, 87 kq
Tatyana Varansov – qadın güləşi, 53 kq
Birgül Soltanova – qadın güləşi, 65 kq