19:22 11-09-2021
news_image
156
FUTBOL

Premyer Liqada qənim kəsildiyi ikinci komanda – Ronaldonun

Kriştiano Ronaldo “Mançester Yunayted”ə dönüşünü qollarla qeyd edib.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı forvard İngiltərə Premyer Liqasının IV turunda “Nyukasl”la görüşdə buna nail olub.

Matçın birinci hissəsinə əlavə olunmuş dəqiqədə qapıçıdan dönən topu boş qapıdan keçirən və 62-ci dəqiqədə təkbətək epizodda dublunu rəsmiləşdirən portuqaliyalı superulduz Premyer Liqada “Nyukasl”ın qapısına ümumilikdə 7-ci qolunu vurub. “Sağsağanlar” İngiltərə çempionatında Ronaldonun qənim kəsildiyi ikinci komandadır. CR7 Premyer Liqada ən çox “Aston Villa”nı məyus edib – 8 dəfə.

Qeyd edək ki, “Old Trafford”da keçirilən və ikinci hissəsi gedən “Mançester Yunayted” – “Nyukasl” oyununda ev sahibləri 2:1 hesabı ilə öndədir.