20:25 11-09-2021
news_image
188
FUTBOL

Yeni transferini itirdi – “Sabah”

“Sabah” klubu itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin hücumçusu İldar Alekperov zədələnib.

20 yaşlı forvard Premyer Liqanın III turunda “Qəbələ” ilə görüşdə sol ayağından zədə alıb. Qarşılaşmanın 90+1-ci dəqiqəsində hava topu uğrunda mübarizə zamanı yerə uğursuz düşən Alekperov mübarizəni davam etdirə bilməyib. Nəticədə yayda “Nefteximik”dən transfer edilən oyunçunun əvəzinə Veysəl Rzayev son dəqiqələri meydanda keçirib.

Qeyd edək ki, öz meydanında “Qəbələ”yə 0:2 hesabı ilə məğlub olan “Sabah” ilk 3 turdan sonra xal üzünə həsrətdir.