23:11 11-09-2021
news_image
171
FUTBOL

3-cü qoca – “Mançester Yunayted”də

12 illik fasilədən sonra “Mançester Yunayted”ə qayıdan Kriştiano Ronaldo klub tarixinə qol vuran ən yaşlı 3-cü futbolçu kimi düşüb.

Apasport.az saytının məlumatına görə, dönüşünü “Nyukasl”la matçdakı (4:1) dublla qeyd edən portuqaliyalı ulduz İngiltərə klubunun heyətində 36 yaş 218 günlüyündə fərqlənib.

Mançester təmsilçisinin tarixində yalnız iki futbolçu daha “qoca” ikən qol sevinci yaşayıb. Rayan Giqqz 39 yaş 86 günlüyündə, Pol Skoulz 37 yaş 304 günlüyündə rəqib qapısına yol tapıb. 2+1 illik müqaviləsi olan Kriştiano hər iki futbolçunu arxada qoymaq imkanına da malikdir.

Qeyd edək ki, 4 turdan sonra “Mançester Yunayted” 10 xalla 1-ci pillədə qərarlaşıb.