00:02 12-09-2021
news_image
346
FUTBOL

Mahir Emreli də əngəl olmadı – “Legiya”nın məğlubiyyətinə

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşa çempionatında növbəti oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, forvard VII turda “Slask”la səfər matçının iştirakçısı olub.

Qarşılaşmaya ehtiyatda başlayan Emreli fasilədən dərhal sonra meydana daxil olub. Lakin o, komandasına heç cür kömək edə bilməyib. Əksinə, 84-cü dəqiqədə qapısında qol görən “Legiya” 0:1 hesabı ilə məğlub olub.

5 oyunda 6 xal toplayan Emrelinin komandası turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.