19:20 12-09-2021
news_image
103
FUTBOL

Səfərdə məğlub oldu – “Qarabağ”ın rəqibi

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən “Kayrat” Qazaxıstan Premyer Liqasında növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Almatı təmsilçisi XX turda “Ordabası”nın qonağı olub.

Matça sürətli başlayan ev sahibləri ilk hissədə 2 cavabsız qolla önə keçib. Hissənin sonlarına yaxın “Kayrat” meydanda azlıqda qalıb. Aibol Abiken birbaşa qırmızı vərəqə alıb. Buna baxmayaraq, “Qarabağ”ın rəqibi 73-cü dəqiqədə fərqi minimuma endirməyi bacarıb. Joze Kante fərqlənib. Lakin “Kayrat”ın bundan artığına gücü çatmayıb və 1:2 hesabı ilə məğlub olub.

Bu nəticədən sonra 3-cü pillədə qalan “Kayrat”ın aktivində 37 xal var.