20:37 12-09-2021
news_image
66
FUTBOL

Yaşar Babayevin xatirəsi yad edildi – mərkəzi oyunda

Azərbaycan Premyer Liqasında III turun “Neftçi” – “Qarabağ” oyunu bir dəqiqəlik sükutla başlayıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycanın veteran futbolçusu Yaşar Babayevin vəfatı ilə əlaqədar komandalar matçdan əvvəl meydanın mərkəzində toplaşıb.

1966-cı ildə "Neftçi"nin SSRİ çempionatının bürünc medalını qazandığı heyətdə yer alan, ittifaq çempionatlarında 200, kuboklarında isə 19 görüşdə meydana çıxan Yaşar Babayev 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Yaşar Babayev 1963-1971-ci illərdə “ağ-qaralar”ın formasını geyinib.