22:31 12-09-2021
news_image
94
FUTBOL

“Dinamika yüksək səviyyədə idi” – Maksim Medvedev

“Ağır oyun oldu, matçın dinamikası yüksək səviyyədə idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Azərbaycan Premyer Liqasının III turunda “Neftçi” ilə keçirilən oyundan sonra deyib.

“Baksell Arena”da 2:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra “CBC Sport”a açıqlama verən kapitan vacib qələbə qazandıqlarını bildirib: “Oyuna yüksək motivasiyada çıxmışdıq. İlk hissədə çox həvəsli idik, bizdə oyun alınırdı. İki qol da vurduq. Amma ikinci hissədə bunun davamını gətirə bilmədik. Rəqib də yaxşı oyunçulara malikdir. Hesab arasındakı fərqi azaltdı. Amma sonda qələbə qazanmağı bacardıq. Sonuncu dəfə “Aberdin”ə qarşı oynamışdıq, uzun müddət idi bir arada deyildik. “Bazel”lə oyunöncəsi bu qələbə vacib idi”.

Qeyd edək ki, 3 turdan sonra “Qarabağ” 7 xalla turnir cədvəlinə başçılıq edir.