23:00 12-09-2021
news_image
114
FUTBOL

Namik ehtiyatda qaldı, Vüsal oynadı – ikisi də məğlubiyyətə üzüldü

Türkiyə çempionatının 1-ci liqasında IV turun oyunları keçirilir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan futbolçuları Namik Ələskərov və Vüsal İsgəndərlinin şərəfini qoruduğu komandalar növbəti matçına çıxıb.

“Keçiörengücü” səfərdə “Samsunspor”a 0:2 hesabı ilə uduzub. Start heyətində yer alan Vüsal 73-cü dəqiqədə əvəzlənib.

“Altınordu”nun qonağı olan “Bursaspor” yenə uduzub – 1:2. Namik komandasının məğlubiyyətini ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, dörd turdan sonra “Keçiöregücü”nün 4, “Bursaspor”un 1 xalı var.