09:03 13-09-2021
news_image
84
FUTBOL

Antirekord – A seriyası tarixində

İtaliya A seriyasının III turunda “Torino” ilə qarşılaşan “Salernitana” 0:4 hesabı ilə məğlub olub.

Apasport.az saytının məlumatına görə, debütant çempionatın ilk 3 turunda artıq qapısında 11 top görüb.

Bu isə A seriyası tarixində 3 xallıq dönəmin (1994/1995 mövsümündən bəri) antirekordudur. 1994-cü ildən bəri heç bir komanda mövsümün startında keçirdiyi 3 matçda 11 qol buraxmamışdı.

Qeyd edək ki, “Sanernitana” ilk iki turda “Bolonya”ya 2:3, “Roma”ya 0:4 hesabı ilə uduzub.