09:21 13-09-2021
news_image
85
FUTBOL

1000-ə çatdı - Joze Mourinyo

Portuqaliyalı mütəxəssis Joze Mourinyo baş məşqçi kimi 1000-ci oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, İtaliya “Roma”sının baş məşqçisinin yubileyi A seriyasının III turuna təsadüf edib.

Bu matçda paytaxt təmsilçisi “Sassuolo”nu 2:1 hesabı ilə məğlub edib. Bu, 2000-ci ildə məşqçiliyə başlayan Mourinyonun 1000-ci matçında 638-ci qələbəsi olub. Portuqaliyalı 204 heç-heçə və 158 məğlubiyyətə də şahidlik edib.

Mourinyo karyerası ərzində “Benfika”, “Leyriya”, “Porto”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted”, “Tottenhem” və “Roma”da çalışıb. O, Portuqaliya, İngiltərə, İtaliya, İspaniya çempionu olub, Çempionlar Liqası və Avropa Liqasını qazanıb.

Qeyd edək ki, Joze Mourinyo bu ildən “Roma”nı çalışdırır.