10:34 13-09-2021
news_image
81
FUTBOL

Mövsümün ən yaxşı 3-cü göstəricisi - Ronaldodan

Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının IV turunda “Mançester Yunayted”in heyətində dönüşünü rəsmiləşdirib.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı forvard “Lids”lə qarşılaşmada dubla imza atıb.

Matçda epizodların birində portuqaliyalı superulduz saatda 32,5 km sürət yığıb ki, bu, mövsümün ən uğurlu 3-cü göstəricisidir. Cari mövsüm Premyer Liqada ən sürətli oyunçu “Sauthempton”un hücumçusu Adam Armstrondur (36,65 km). Onu saatda 35,5 km sürətlə “Vulverhempton”un cinah oyunçusu Adama Traore izləyir.

Qeyd edək ki, “Mançester Yunayted” “Nyukasl” üzərində 4:1 hesablı qələbə qazanıb.