11:25 13-09-2021
news_image
73
FUTBOL

Məşqçi kursuna qatıldı – Premyer Liqanın sabiq qapıçıları

Milli Komandaların Məşq Mərkəzində qapıçılar üzrə məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun III modulu başlayıb.

Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, kurs sentyabrın 15-dək davam edəcək.

Məşğələləri UEFA-dan Mart Poom və yerli təlimatçılar Faiq Əzizovla Vitali Kovalyov keçirlər. Kursda Premyer Liqanın sabiq qapıçıları Elşən Poladov, Hüseyn Məhəmmədov, Amil Ağacanov və Davud Kərimi də iştirak edir.