11:50 13-09-2021
news_image
177
FUTBOL

"Neftçi"yə qarşı yaxşı performans sərgilədik" – İbrahima Vadji

“Qarabağ”ın yeni transferi İbrahima Vadji sosial şəbəkə vasitəsilə paylaşım edib.

Apasport.a saytının məlumatına görə, seneqallı forvard Azərbaycan Premyer Liqasının III turunda “Neftçi” ilə keçirilən oyun haqda qısaca fikrini bölüşüb.

Dubla edərək, komandasının 2:1 hesablı qələbəsinin qəhrəmanı olan 26 yaşlı forvard artıq əsas diqqəti Konfrans Liqasının qrup mərhələsində “Bazel”lə keçiriləcək ilk görüşə yönəltməli olduqlarını bildirib: “Komanda yoldaşlarımı təbrik edirəm. Dünən yaxşı performans sərgilədik. Gəlin növbəti matça köklənək”.

Qeyd edək ki, “Qarabağ” – “Bazel” görüşü sentyabrın 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.