12:34 13-09-2021
news_image
78
FUTBOL

30-cu qələbə - Azərbaycan çempionatında

“Səbail” Premyer Liqada 30-cu qələbəsini qazanıb.

Apasport.az saytı xəbər verir ki, bu, III turun “Sumqayıt”la matçına təsadüf edib.

Bakı klubu öz meydanındakı oyunda 1:0 hesabı ilə qalib gəlib. “Səbail” 30-cu qələbəyə 107-ci matçda nail olub. Bu qələbələrdən 16-sı evdə, 14-ü səfərdə qeydə alınıb. 2017-ci ildən Premyer Liqada çıxış edən paytaxt təmsilçisinin hesabında 24 heç-heçə və 53 məğlubiyyət də var.

Qeyd edək ki, “Səbail” ilk qələbəsini 2017-ci il avqustun 18-də “Neftçi” ilə ev oyununda qazanıb – 1:0.