22:27 13-09-2021
news_image
86
FUTBOL

“Ronaldonun “Mançester Yunayted”ə keçidinə sevinmirəm” – Klopp

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp portuqaliyalı hücumçu Kriştiano Ronaldonun “Mançester Yunayted”ə qayıdışına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis buna sevinmədiyini açıqlayıb.

Klopp çempionluq yolundakı rəqiblərindən birinin güclənməsinə təəssüfünü də gizlətməyib: “Kriştiano Ronaldonun “Mançester Yunayted”ə keçməyinə sevinirəm? Yox. O, yaxşı oyunçudur? Təəssüf ki, bəli. Bu keçidə təəccübləndim. Ona görə yox ki, “Mançester Yunayted”də qayıtdı. Məni onun “Yuventus”dan gedişi barədə xəbərlər təəccübləndirdi. Bunun baş verib-verməyəcəyini bilmirdim. Ronaldonun “Mançester Siti” variantı yarananda “Mançester Yunayted” üçün necə maraqlı olacağını düşündüm. Amma “Mançester Yunayted” sonda addım ataraq onunla müqavilə imzaladı. Bu, azad dünyadır. Onlar istədiyini edə bilər”.

Qeyd edək ki, Kriştiano Ronaldo “Mançester Yunayted”lə 2+1 illik müqavilə imzalayıb.