22:55 13-09-2021
news_image
163
FUTBOL

“Real”dan gedəcək – “Yuventus”a

İspaniyanın “Real” klubunun futbolçusu Ferlan Mendi karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Yuventus”unun maraq dairəsindədir.

İtaliya təmsilçisi fransalını enişdə olan Aleks Sandronun yerinə almaq istəyir. Madridlilər də oyunçunu satmağın əleyhinə deyil. Çünki baş məşqçi Karlo Ançelotti müdafiənin sol cinahında Mendiyə deyil, Migel Qutyerresə güvənir.

Ferlanın “Real”dan yüksək maliyyə şərtləri tələb etməsi də ispaniyalıları qane etmir.