23:19 13-09-2021
news_image
118
FUTBOL

Futbolçusuna yeni müqavilə təklif etdi – “Bavariya”

“Bavariya” yarımmüdafiəçisi Leon Qoretskanı saxlamaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, münhenlilər 26 yaşlı orta sahə oyunçusunun uzun illər komandaya xidmət etməsində maraqlıdır.

Bundesliqa təmsilçisinin idman direktoru Hasan Salihamidziç digər nəhənglərin gündəmində olan Qoretskaya yeni müqavilə təklif etdiklərini bildirib: “Əminəm ki, Qoretska bizimlə qalacaq. O, “Bavariya” üçün çox önəmlidir. Yarımmüdafiəçi üçün bir çox xüsusiyyətlərə malik oyunçudur. Yeni müqavilə ilə bağlı danışıqlar yaxşı gedir”.

Qeyd edək ki, Leon Qoretskanın hazırkı müqavilə müddəti gələn ilin yayına qədərdir.