00:02 14-09-2021
news_image
98
FUTBOL

“Ramosun gəlişi PSJ üçün uğursuz ideyadır” – parislilərin sabiq futbolçusu

PSJ-nin keçmiş futbolçusu Jerom Roten klubun Serxio Ramosu heyətinə qatmasına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin sabiq üzvü bu səbəbdən parisliləri tənqid edib.

Onun fikrincə, “Real”dan ayrılan 35 yaşlı müdafiəçiyə PSJ-nin ehtiyacı yox idi: “Karyeranın sonunda baldır əzələsinin zədələnməsi dəhşətlidir. Çünki nadir hallarda düzgün şəkildə sağalırsınız. Belə vəziyyətdə olan oyunçu məşqdə və ya oyunda tempi artıran kimi yavaşlamalı olacaq. Ramosun əvvəlki səviyyəsində qayıtmasına böyük şübhəm var. Bu gün Markinyoş və Kimpembe ondan üstündür. Onun gəlişini PSJ üçün uğursuz layihə sayıram”.

Qeyd edək ki, Jerom Roten 2004-2010-cu illərdə PSJ-nin formasını geyinib.