00:38 14-09-2021
news_image
131
FUTBOL

Premyer Liqa klubundan ayrılır – milli üzvü

“Mançester Yunayted”in yarımmüdafiəçisi Cessi Linqard komandasını dəyişəcək.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı pleymeyker yanvarda başqa kluba keçməyi planlaşdırır.

İngiltərə millisinin üzvünün müqavilə müddəti gələn ilin sonuna qədərdir. Ancaq o, rəhbərliyin yeni müqavilə təklifini rədd edib. Linqard daha çox oyun şansı qazanmaq istəyirsə, “qırmızı şeytanlar” da onu mövsümün sonunda havayı buraxmaq fikrində deyil. Mançester təmsilçisi yarımmüdafiəçinin transfer qiymətini 12 milyon avro dəyərində göstərib.

Qeyd edək ki, Cessi Linqardla ötən mövsüm icarə əsasında formasını geyindiyi “Vest Hem” maraqlanır.