17:56 13-09-2021
news_image
94
FUTBOL

“O, bu mövqedə ən yaxşı oyunçulardandır” – Alonso açıqladı

“Romelu nəyə qadir olduğunu göstərdi. O, çox güclüdür”.

Apasport.az saytının məlumatına görə, bunu “Çelsi”nin futbolçusu Markos Alonso deyib.

Müdafiəçi komanda yoldaşı Romelu Lukakunun bombardirlik şansını dəyərləndirib: “O, qollar vurur. Əlbəttə, Lukaku bu mövqedə ən yaxşı oyunçulardandır. Onun “Çelsi”də oynaması əladır. Ən yaxşı bombardir adı uğrunda mübarizə gərgin olacaq. Lakin Romelunun da şansı var. Əgər bütün komanda ona “Aston Villa” ilə matçdakı kimi oynamağa kömək etsə, Lukaku sadəcə qollar vuracaq. Görək mösvümün sonunda bu rəqəm nə qədər olacaq. Ümid edirəm ki, bu qollar bizə uğur qazanmaqda kömək olacaq”.

Qeyd edək ki, dörd turdan sonra Lukakunun hesabında 3 qol var.