09:00 14-09-2021
news_image
78
FUTBOL

Qızı səhhətindən danışdı - Pelenin

Əfsanəvi braziliyalı futbolçu Pelenin səhhəti getdikcə yaxşılaşır.

Apasport.az saytı xəbər verir ki, bu barədə futbol “kral”ının qızı Keli Nasimentu məlumat yayıb.

O, üçqat dünya çempionunun əməliyyatdan sonra sağaldığını, tezliklə reanimasiyadan çıxarılacağını açıqlayıb: “Atamın ağrısı yoxdur, əhvalı da yaxşıdır. 1-2 gündən sonra adi palataya keçiriləcək, sonra da evə gedəcək”.

Qeyd edək ki, 80 yaşlı Pele sentyabrın 6-da bağırsağındakı şişdən əməliyyat olunub.