09:14 14-09-2021
news_image
92
FUTBOL

36 yaşında karyerasını bitirdi – sabiq “Çelsi”li

Seneqal millisinin sabiq futbolçusu Demba Ba karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, bunu 36 yaşlı hücumçu özü sosial şəbəkə vasitəsilə elan edib.

Üç ay əvvəl İsveçrə klubu “Luqano” ilə anlaşan keçmiş “Çelsi”li futboldan getmək qərarına gəldiyini açıqlayıb: “16 illik karyeramdan sonra ürəyim minnətdarlıqla doludur”.

Qeyd edək ki, “Çelsi” ilə 2012/13 mövsümündə Avropa Liqasını qazanan Demba Ba eyni zamanda “Hoffenhaym”, “Vest Hem”, “Nyukasl” və “Beşiktaş” kimi klubların formasını geyinib.