10:13 14-09-2021
news_image
168
FUTBOL

“Qarabağ”ın yüksək məbləğ təklifinə məyus olub - “Valerenqa”

“Qarabağ”ın yay fasiləsində “Haqesun”dan transfer etdiyi İbrahima Vadjinin daha əvvəl Norveçdə qalmaq variantı olub.

Apasport.az saytının məlumatına görə, seneqallı hücumçu “Valerenqa”nın maraq dairəsinə düşüb.

Norveç klubunun baş məşqçisi Daq-Eylev Faqermo rəhbərlikdən Vadjinin alınmasını tələb edib. Hətta klub prezidenti şəxsən danışıqda iştirak edib. Lakin Azərbaycan təmsilçisinin daha yüksək məbləğə oyunçunu aldığı vurğulanıb.

Qeyd edək ki, İbrahima Vadji “Qarabağ”la 3 illik müqavilə imzalayıb.