10:50 14-09-2021
news_image

Yenidən Avropa Taekvondo Birliyinin İdarə Heyətinə üzv seçildi - həmyerlimiz

Avropa Taekvondo Birliyinin (ATB) növbəti Baş Assemblyası keçirilib. 

Apasport.az saytının məlumatına görə, Türkiyənin İstanbul şəhərində baş tutan toplantıda ATB-nin prezidenti, vitse-prezidentləri və İdarə Heyəti yenidən formalaşıb. 

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərova növbəti dəfə etimad göstərilib. O, yenidən ATB-nin İdarə Heyətinə üzv seçilib. 14 üzvü olan İdarə Heyəti növbəti 4 il müddətində qurumun inkişaf strategiyasını müəyyən edəcəklər.  

Baş Assemblyanın yekununa əsasən Sakis Praqalos Avropa Taekvondo Birliyinin prezidenti kimi fəaliyyətini 2025-ci ilədək davam etdirəcək.