11:04 14-09-2021
news_image
102
FUTBOL

Fatih Tekke tənqid olundu – Namik Ələskərova görə

Azərbaycan yığmasının hücumçusu Namik Ələskərovun komandası “Bursaspor”da baş məşqçi Fatih Tekke tənqid hədəfinə çevrilib.

Apasport.az saytının məlumatına görə, 44 yaşlı mütəxəssisin üzərinə bu təzyiq məhz həmyerlimizə görə edilir.

26 yaşlı futbolçunun TFF I Liqasının IV turunda “Altınordu” ilə matçda ehtiyatda qalması bursalı azarkeşlərin və futbol ictimaiyyətinin ürəyincə olmayıb. Onlar çalışdırıcıdan DÇ-2022-nin seçmə mərhələsində millimizin heyətində hər 3 matçda iştirak edən və ikisində start heyətində yer alan Ələskərova qarşıdakı matçda şans verməyi tələb edir.

Qeyd edək ki, “Bursaspor” V turda sentyabrın 15-də “Samsunspor”u qəbul edəcək.