11:42 14-09-2021
news_image
220
FUTBOL

Serbiyalı hücumçunu transfer etdi - "Sabah"

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. 

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, serbiyalı hücumçu Petar Şkuletiç bundan sonra bakılıların uğurları üçün çalışacaq.

31 yaşlı futbolçu ilə müqavilə müddəti 2 ildir.

Şkuletiç karyerası ərzində Serbiyanın “Teleoptik” (2008/2009), “Voyvodina” (2011-2014), “Radniçki Niş” (2013), “Partizan” (2014/15), Avstriyanın LASK (2009-2011), Monteneqronun “Zeta” (2011), Rusiyanın “Lokomotiv” (Moskva, 2015-2017), Türkiyənin “Gənclərbirliyi” (2017/18), “Sivasspor” (2020) və Fransanın “Monpelye” (2018-2021) klublarında çıxış edib.

Petar Serbiya millisində 6 oyun keçirib, 1 qol vurub. Yeni transfer “Sabah”da 7 nömrəli formada çıxış edəcək.