12:12 14-09-2021
news_image
310
FUTBOL

“Bazel”lə matçının hakimləri açıqlandı - “Qarabağ”ın

Konfrans Liqasının qrup mərhələsinin I turunda keçiriləcək “Qarabağ” – “Bazel” oyununun hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA Bakıdakı qarşılaşmanı Belçikadan olan hakimlər briqadasına həvalə edib.

Matçın ədalət təmsilçisi Erik Lambrexts olacaq. Ona Rien Vanizere və Co de Veyrdt kömək edəcəklər. Görüşün 4-cü hakimi funksiyasını Vim Smet icra edəcək. Referilərin işinə hakim inspektor Con Uord (İrlandiya) qiymət verəcək. UEFA nümayəndəsi vəzifəsini isə belaruslu Sergey İlyiç yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Bazel” görüşü 20:45-də başlayacaq.